Rusiya Elon Muskla kosmik əməkdaşlığı müzakirə edəcək

Tarix: 21:28 18.03.2025
Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yaxın vaxtlarda Elon Muskla kosmosda əməkdaşlıqla bağlı danışıqlar aparacağını bildirib.
Rusiya Birbaşa İnvestisiya Fondunun da sədri olan Dmitriyev paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Rusiyanın Ukraynadan qat-qat çox nadir torpaq elementlərinə sahib olduğuna diqqət çəkən Dmitriyev, "Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və olduqca ümidvericidir",- dedi.
Dmitriyev bu ehtiyatların işlənilməsi üçün müəyyən texnologiyaların tələb olunduğunu və bu məsələdə ABŞ-lə əməkdaşlığa açıq olduqlarını bildirib.
Fevralın 21-də Putin həmçinin ölkənin ən böyük banklarından biri olan “Qazprombank”a iş adamı Muskla əməkdaşlıq etməyi tapşırıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli