Aleksandr Oveçkin 887-ci qolunu vurub, Vaşinqton "San Xose"ni 5:1 məğlub edib

Tarix: 18:51 19.03.2025
Vaşinqtonun rusiyalı hücumçusu Aleksandr Oveçkin, Milli Xokkey Liqasının (NHL) daimi mövsümündə "San Xose" ilə səfər oyununda fərqlənib. Oveçkin bu qol ilə mövsümdəki qollarının sayını 887-yə çatdırıb. Bu nəticə ilə o, 894 qolu olan kanadalı xokkeyçi Ueyn Qretzkidən sonra NHL-in tarixində qolların sayına görə ikinci yerdədir.
Karşılaşma Vaşinqtonun 5:1 hesablı qələbəsi ilə başa çatıb. 51-ci dəqiqədə Oveçkin fərqlənərək öz komandası üçün ikinci qolu vurub. Qalib komandanın digər qollarını Dilan Strom (8), Aleksey Protas (18), Teylor Reddiş (19) və Trevor van Riemsdik (47) vurub. Oveçkin ilk qola ötürmə də edib. San Xosenin tək qolunu isə Maklin Celebrini (47) vurub.
Vaşinqton hazırda 67 oyun nəticəsində 96 xal toplayaraq Şərq Konfransı və Metropoliten Divizionunda birinci yerdə qərarlaşıb. Digər tərəfdən, "San Xose" 68 oyundan sonra 45 xalla Qərb Konfransı və Sakit Okean Divizionunda sonuncu yerdədir.
Vaşinqton növbəti matçında Moskva vaxtı ilə martın 19-na keçən gecə evdə Detroitlə, martın 21-də isə San Xose Karolina ilə qarşılaşacaq.
TASS
Güllər Gülhüseynova