"Qərəzsiz və müstəqil məhkəmənin qərarına hörmət edilməlidir"

Bölmə: Dünya › ,
Tarix: 21:10 19.03.2025

Ədliyyə naziri Yılmaz Tunç, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırmalarla bağlı açıqlama verib:

 

"Qərəzsiz və müstəqil məhkəmənin apardığı araşdırmaları müxtəlif istiqamətlərə çəkmək, çevriliş kimi ifadələrlə qələmə vermək son dərəcə təhlükəli və yanlışdır. Müstəqil məhkəmənin verəcəyi qərara hörmət edilməlidir", – deyə nazir bildirib.

 

Nazir Tunç, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı həbs qərarını da dəyərləndirib.

 

Bu səhər saatlarında aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısının da olduğu 106 şübhəli haqqında həbs qərarı verildiyini açıqlayan nazir Tunç, istintaqın təfərrüatlarını paylaşıb.

 

Araşdırmaların son dərəcə diqqətlə aparıldığını bildirən Tunç bunları deyib:

 

"Terror cinayətlərinin istintaqı bürosunun apardığı istintaqda 7 nəfər həbsdədir".

İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 106 şübhəli barəsində həbs qərarı çıxarılıb. Bu çərçivədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən iki araşdırma aparılır.

 

İstintaq çərçivəsində mayın 7-də istintaqa cəlb edilən şəxslərə qarşı araşdırma aparılıb. İstanbul Böyükşəhər Bələdiyyəsinə aid edilən bu istintaqda şübhəlilərin terror təşkilatına yardım və yataqlıq cinayəti törətdiyi iddia edilir.

 

“Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun apardığı istintaqda 100 şübhəli saxlanılıb”

 

Başlanmış digər araşdırma isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu aparır. Bu istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb.

 

Bu istintaqda şübhəlilərin rüşvət alma, hədə-qorxu ilə tələb etmə, tenderlərin saxtalaşdırılması, ixtisaslı fırıldaqçılıq və mənfəət məqsədilə cinayət təşkilatı çərçivəsində şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi cinayətlər törətdikləri iddia edilir.

Hər iki istintaq çərçivəsində ümumilikdə 106 şübhəli haqqında həbs qərarı var. İstanbul Respublika Baş Prokurorluğununaçıqlamasında bildirilib ki, istintaq materiallarına MASAK-ın hesabatları, vergi ekspertizası, depozit hesabatları, şahid ifadələri və digər sübutlar daxildir.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva