Yəmən İsrailə raketlə hücum edib

Bölmə: Dünya › ,
Tarix: 14:58 20.03.2025

İsrail ordusu, Yəməndən atılan raketlə əlaqədar ölkənin mərkəzi bölgələrində həyəcan siqnallarının çalındığını və xalqın sığınacaqlara çağırıldığını açıqlayıb. Digər tərəfdən, raketin İsrail hava məkanına girmədən vurulduğu bildirilib.

 

Yəmən, Qəzza zolağına hücumlarını sürətləndirən İsrailə cavab verib.

 

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, Yəməndən atılan raket səbəbilə ölkənin mərkəzi bölgələrində həyəcan siqnallarının çalındığı və xalqın sığınacaqlara çağırıldığı bildirilib. Qeyd edilib ki, raket ölkənin hava məkanına daxil olmazdan əvvəl İsrail Hərbi Hava Qüvvələri vurub.

İsrail mətbuatı, raket dağıntılarının düşməsi səbəbindən ciddi xəsarətlərin olmadığını, lakin panika anlarında bəzi yüngül xəsarətlərin meydana gəldiyini açıqlayıb.

 

Yəməndə hücumu həyata keçirənlərin İranın dəstəklədiyi husilər olduğu təxmin edilir. Hələlik heç bir qrup bu hücumu rəsmi olaraq öz üzərinə götürməyib.

 

Mənbə: Haber Global

Aytən Ağazadə