İsrailin Qəzzaya endirdiyi zərbələr 114 nəfərin həyatına son qoyub

Bölmə: Dünya › ,
Tarix: 23:12 15.05.2025

 

Səhiyyə rəsmiləri və xilasedicilər səhər saatlarından İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ən azı 114 fələstinlinin həlak olduğunu bildirib.

 

Yerli Nasser xəstəxanası bildirib ki, Xan Yunis şəhərinin cənubunda bir gecədə köçkün ailələrə sığınan ev və çadırların bombalanması nəticəsində 56 nəfər, o cümlədən qadınlar və uşaqlar həlak olub.İsrail ordusu Qəzzanın cənubunda Həmas və Fələstin İslami Cihad döyüşçülərini vurduğunu bildirib.Həmas-ın idarə etdiyi Mülki Müdafiə agentliyi, həmçinin Cəbəliə qaçqın düşərgəsindəki sağlamlıq klinikasına və ibadət salonuna hücum da daxil olmaqla, şimaldakı Cəbəliya şəhərində ölümcül zərbələr endirdiyini və 13 nəfərin öldüyünü bildirib.İsrail qüvvələri Qəzzaya qurudan hücumlarının planlaşdırılmış genişləndirilməsi ərəfəsində HƏMAS döyüşçüləri və infrastruktura qarşı bombardmanlarını intensivləşdirir.Bu, ABŞ prezidenti Donald Trampın bölgəyə səfəri və HƏMAS ilə İsrail arasında yeni atəşkəs və girovların azad edilməsi sazişi üzrə dolayı danışıqların davam etdiyi vaxta təsadüf edir.

 

HƏMAS İsrailin baş naziri Binyamin Netanyahunu “qəsdən hərbi eskalasiya ilə vasitəçilik səylərinə xələl gətirməkdə” ittiham edib.

 

İsrail hökumətinin sözçüsü bildirib ki, İsrail girovların azad edilməsi ilə bağlı danışıqların uğur qazanmasını istəyir, lakin bu danışıqlar HƏMAS-ın “hərbi təzyiq” altında olduğu vaxt aparılacaq.

 

BBC

Nəzrin Məmmədova