İstanbulda üçtərəfli görüşlər keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 23:23 15.05.2025

Sabah Türkiyənin İstanbul şəhərində müxtəlif formatlarda bir silsilə görüşlər keçiriləcək.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Onun sözlərinə görə, İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə 3 tərəfli görüşlər olacaq.

Sözçü ABŞ, Rusiya, Ukrayna və Türkiyənin 4 tərəfli formatında görüşün olub-olmayacağı ilə bağlı dəqiq məlumat olmadığını deyib.