"Rusiya danışıqların bərpasına və kompromislərin müzakirəsinə hazırdır"-Vladimir Medinski

Tarix: 23:40 15.05.2025
Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına, habelə mümkün kompromislərin müzakirəsinə hazırdır.
"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.
“İstanbul danışıqlarının bərpasına, mümkün kompromislərə və onların müzakirəsinə hazırıq”, – deyə o bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Rusiya nümayəndə heyəti İstanbula işgüzar əhval-ruhiyyə ilə gəlib. Heyətə bütün maraqlı qurumların rəhbər heyəti daxildir.