Rubio sabah Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbulda olacaq

Bölmə: Dünya › ,
Tarix: 22:57 15.05.2025

ABŞ-nin Dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti sabah İstanbulda olacaq.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

 

Sözçü bildirib ki, səfər Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarla əlaqədardır.

Bundan əlavə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Rusiya Prezidentinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətləri də görüşlə əlaqədar İstanbulda olacaqlar.