Trampın həyat yoldaşının heykəli oğurlanıb

Tarix: 23:07 15.05.2025
Sloveniyada ABŞ-nin birinci xanımı Melaniya Trampın heykəli oğurlanıb.
“İnformator.az” xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərindəki heykəl 2020-ci ildə ucaldılıb. Amerikalı heykəltəraş Bred Dauninin yaratdığı heykəl bürüncdən hazırlanıb. O, şəxsi mülkiyyətdə yerləşirdi. Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək aparıblar.
B. Dauni hesab edir ki, heykəlin yoxa çıxması Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər.
Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.