Münsiflər heyəti Greenpeace-i 660 milyon dollardan çox cərimələyib

Bölmə: Dünya › ,
Tarix: 18:11 20.03.2025

Şimali Dakota münsiflər heyəti Greenpeace-i Energy Transfer Partners şirkətinə 660 milyon dollardan çox təzminat ödəməyə məcbur edib. Şirkət Greenpeace-i Dakota Access Boru Kəmərinə qarşı etirazları təşkil etməkdə, yanlış məlumat yaymaqda və maliyyə itkilərinə səbəb olmaqda günahlandırırdı.

 

Üç həftəlik məhkəmə prosesindən sonra 9 nəfərlik münsiflər heyəti iki gün ərzində qərarını açıqlayıb. Greenpeace bu qərarın təşkilat üçün ağır zərbə olduğunu, hətta ABŞ-dakı fəaliyyətini dayandırmağa səbəb ola biləcəyini bildirib. Hüquq ekspertləri bu məhkəmə iddiasını SLAPP – yəni ictimai iştirakçılığı boğmaq üçün açılan strateji məhkəmə işi kimi qiymətləndirirlər. First Amendment Project rəhbəri James Wheaton bunun ifadə azadlığına təhlükə yaratdığını bildirərək, "Bu, yalnız Greenpeace üçün deyil, bütün amerikalılar üçün bir itki sayılır" deyib. Greenpeace qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.


Mənbə: CNN news

Fatimə Heydərova