Cəbubi Qafqazda sabitlik və təhlükəsizlik: Vəziyyət stabildir, amma hər an pozula bilər-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 11:01 23.05.2025

Cənubi Qafqaz geosiyasi baxımdan dünyanın diqqət mərkəzindədir. Xüsusilə 2020-ci ilin Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinə təsir göstərir. Bəs bu gün iki ölkə arasında münasibətlər hansı vəziyyətdədir?

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "İnformator.az"a  deyib ki, Azərbaycan və Ermənistan arasında vəziyyət stabildir amma hər an pozula bilər:

"Bu məsələ olduğu kimi qalmamalıdır, Ermənistan sülh sazişi imzalamalıdır. Hazırkı stabilliyə görə rahat olmaq olmaz. Çünki Ermənistana heç bir məsələdə etibar yoxdur. Həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması tələbi, Ermənistan Konstitusiyasında konstitusiyaya əlavə sənədində Azərbaycana ərazi iddialarının açıq şəkildə aradan qaldırması və rəsmi sənəd imzalanmalı, o cümlədən sərhədlər delmitasiya-demarkasiya olunmalıdır. Eyni zamanda 2024-2025-ci illər ərzində bu istiqamətdə müsbət addımlar atılıb. Tərəflər Brüssel, Moskva və Vaşinqton danışıqlar masasına əyləşib. Amma, bəzi əsaslı fikir ayrılıqları hələ də qalmaqda davam edir".

Səma Pənahova