NBA-da son oyunlar: "Nyu-York Niks" "Vaşinqton Uizards"ı məğlub edib

Bölmə: Dünya › ,
Tarix: 14:20 23.03.2025

 

NBA-da keçirilən son oyunlarda "Nyu-York Niks" "Vaşinqton Uizards" üzərində 122-103 hesablı qələbə qazanıb. Bu nəticə ilə "Niks" ardıcıl ikinci dəfə qalib gəlib. Komandanın liderlərindən Karl-Entoni Tauns 31 xal və 11 ribaundla "dubl-dubl" edərək qələbəyə mühüm töhfə verib. Mikal Brics 27, OG Anunoby isə 23 xal toplayıb.

 

"Vaşinqton Uizards"ın heyətində Kyshawn Corc 15 xal və 10 ribaundla fərqlənsə də, bu, məğlubiyyətdən qaçmağa kömək etməyib. Cordan Poole isə 25 xal toplayıb. Bu, "Uizards" üçün mövsümdə 55-ci məğlubiyyət olub.

 

Gecənin Digər Nəticələri:

 

Los Angeles Lakers - Chicago Bulls: 115-146

 

Sacramento Kings - Milwaukee Bucks: 108-114

 

Atlanta Hawks - Golden State Warriors: 124-115

 

İndiana Pacers - Brooklyn Nets: 108-103

 

NBA-da mübarizə davam edir, komandalar pley-off uğrunda mübarizəni gücləndirirlər.

 

 


TRT SPOR 

Gülhüseynova Güllər