TFF-dən təxirə salma iddialarına dair açıqlama

Bölmə: İdman › ,
Tarix: 15:59 24.03.2025

Türkiyə Futbol Federasiyası (TFF) Trendyol Süper Liqasında 29-cu həftə matçlarının təxirə salınmayacağını açıqlayıb.

 

TFF-dən verilən açıqlamada, "Trendyol Süper Liqa matçlarının bir həftə təxirə salınacağı ilə bağlı cəmiyyətdə yayılan iddialar həqiqəti əks etdirmir. Qarşılaşmalar əvvəldən planlaşdırıldığı tarixlərdə keçiriləcək",- deyilib.

 

Mənbə: CNN News Türkçe 

Nigar Həsənzadə