Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskjaer ilk derbisini oynayır

Bölmə: İdman › ,
Tarix: 19:13 25.03.2025

“Beşiktaş”ın baş məşqçisi Ole Gunnar Solskjaer, qara-ağlıların rəhbərliyindəki ilk derbisinə “Galatasaray” qarşısında çıxacaq.

 

 

Trendyol Super Liqanın 29-cu həftəsində “Beşiktaş” 29 mart cümə günü saat 20:30-da “Galatasaray”ı qəbul edəcək. Liqada çempionluqdan uzaq olan qara-ağlılar Avropa kuboklarına getmək üçün Türkiyə Kupası çempionluğunun hədəfi ilə yanaşı, ilk 4-dəki yerini də möhkəmləndirmək istəyir. “Kartal” bu baxımdan “Galatasaray” oyununa qələbə hədəfi ilə çıxacaq.

 

Ole Gunnar Solskjaerin ilk derbisi

 

“Beşiktaş”ın baş məşqçisi Ole Gunnar Solskjaer də bu oyunla ilk dəfə derbi həyəcanı yaşayacaq. Qara-ağlılarla liqada ilk 5 oyununda 4 qələbə, 1 bərabərlik qazanan Solskjaer, son 2 qarşılaşmasını isə məğlubiyyətlə başa vurdu.
Super Liqada ilk böyük oyun təcrübəsini də evdə “Trabzonspor”a qarşı yaşayan 52 yaşlı məşqçi, 2-1 nəticə ilə qalib gələn baş məşqçi oldu.

 

 


Mənbə: CNN NEWS TÜRKCE
Nigar Həsənzadə