Yeni Zelandiya üçüncü dəfə Dünya Kubokuna qatılacaq

Tarix: 16:07 24.03.2025
Yeni Zelandiya, 2026 FIFA Dünya Kubokuna qatılmaq hüququ əldə etdi.
FIFA Dünya Kubokunun Okeaniya Seçmə mərhələsinin finalında Yeni Kaledoniyanı 3-0 məğlub edən Yeni Zelandiya, 2026 FIFA Dünya Kubokuna qatılmağı təmin etdi.
Yeni Zelandiya, 1982 və 2010-cu illərdən sonra üçüncü dəfə Dünya Kubokuna qatılacaq.
Yaponiya, AFC Dünya Kubokası Seçmə mərhələsinin C Qrupunda Bəhreyni 2-0 məğlub edərək 2026 FIFA Dünya Kubokuna qatılmağa hüquq qazanan ilk ölkə oldu.
2026 Dünya Kuboku, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə 11 iyun - 19 iyul 2026 tarixləri arasında ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. ABŞ, Kanada və Meksika, ev sahibi olaraq Dünya Kubokuna qatılacaq ölkələr arasında yer alacaq.
Mənbə :CNN News Türkçe
Nigar Həsənzadə