“Beşiktaş”dan əcnəbi hakim açıqlaması

Bölmə: İdman › ,
Tarix: 17:54 25.03.2025

"Beşiktaş" klubu Trendyol Super Liqasında 29 mart şənbə günü oynanılacaq “Galatasaray” derbisinə əcnəbi hakim təyin edilməməsinin "qəbuledilməz" hal olduğunu açıqlayıb.

 

Qara-ağlı komanda Superliqada “Galatasaray” derbisi üçün əcnəbi hakim tələbi ilə bağlı açıqlama yayıb.

"Beşiktaş"ın açıqlamasında deyilib:

"Türk futbolunda ədalətin və bərabərliyin təmin edilməsinin vacibliyini hər fürsətdə dilə gətirən Beşiktaş Gimnastika Klubu olaraq eşitdik ki, Türkiyə Futbol Federasiyası “Beşiktaş-Galatasaray” derbisinə əcnəbi hakimlərin təyin olunmaması ilə bağlı qərar qəbul etməyə hazırlaşır. Bu iddialar doğrudursa, federasiya açıq şəkildə ikili standartları alt-üst edir".

 

Açıqlamada həmçinin deyilib:

"Galatasaray-Fenerbahçe” derbisində əcnəbi hakim təyinatına ehtiyac duyan TFF-nin “Beşiktaş-Galatasaray” matçında fərqli mövqe sərgiləməsi qəbuledilməzdir. Hakimlərə inam problemi səbəbi ilə belə bir təcrübə qəbul edilibsə, bu, bütün kritik matçlar üçün keçərlidir. Əks halda, heç kim məhkəməyə müraciət edə bilməz”.

 

Derbi üçün hakim çağıran qara-ağlar:
"Derbinin hakiminin əcnəbi olub-olmayacağı məsələsi uzun müddətdir futbol ictimaiyyətini məşğul edərkən, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Ethem Hacıosmanoğlu və məsələ ilə bağlı heç bir fikir bildirməyən İdarə Heyətinin üzvlərinə açıq çağırış edirik",-dedi.

 

Mənbə: TRT Spor
Çimnaz Telmanqızı