"Galatasaray"da yollar ayrılıb

Tarix: 21:43 03.07.2025
"Galatasaray" 19 yaşadək futbol komandasında baş məşqçi vəzifəsini icra edən Hakan Balta vəzifəsindən ayrılıb.
Hakan Balta, sosial media hesablarında yayımladığı açıqlamada belə deyib:
“Təxminən üç il yarımdır yerinə yetirdiyim 19 yaşadək komandanın texniki məsul vəzifəsindən bu gün etibarilə ayrılıram. Bu fürsəti mənə verən rəhbərliyə, birlikdə işləməkdən böyük zövq aldığım oyunçulara, məşqçilərimə və bütün klub əməkdaşlarına təşəkkür edirəm. Klubum üçün çalışmaq mənim üçün hər zaman böyük bir qürur olub".
Peşəkar karyerası ərzində 2007–2018-ci illərdə "Galatasaray" forması geyinən 42 yaşlı mütəxəssis, 2020–2022-ci illərdə "sarı-qırmızılı" klubda inzibati menecer vəzifəsində də çalışıb.
Mənbə: TRT Haber
Nigar Həsənzadə