Marsda kəşf edilən sirli qaya alimləri təəccübləndirdi

Bölmə: Dünya › ,
Tarix: 20:33 31.03.2025

ABŞ Kosmos və Aviasiya Agentliyinə (NASA) məxsus Perseverance kəşf aparatı, Marsda indiyə qədər görünməmiş maraqlı bir qaya kəşf edib.



"St. Pauls Bay" adlandırılan bu qaya, Jezero Kraterinin dairəsində yerləşən Witch Hazel təpəsinin ətəklərində tapılıb. Alimlər, yüzlərlə kiçik, tünd boz rəngli kürəcikdən ibarət olan bu quruluşun necə əmələ gəldiyini hələ də müəyyən edə bilməyiblər. Botryoidal quruluşlar adlanan bu tip kristal mineral yığınları Yerdə geniş yayılıb, lakin Marsdakı formalaşma prosesi fərqli ola bilər. Bəzi tədqiqatçılar, bu cür sferik quruluşların ərimiş süxurların sürətlə soyuması nəticəsində yarana biləcəyini bildirirlər. Bu proses, ya meteoritin düşməsi, ya da vulkanik fəaliyyət nəticəsində baş verə bilər. Daha əvvəl Marsda kəşf edilən və "yaban mersini" (blueberries) adlandırılan kiçik kürəciklər, hematitlə zəngin mineralların suyun iştirakı ilə birləşməsi nəticəsində yaranıb. Eyni zamanda, Jezero Kraterində tapılan və "patlamış qarğıdalı" görünüşünə malik qayaların da su ilə təmas nəticəsində əmələ gəldiyi düşünülür. Lakin St. Pauls Bay qayasının necə yarandığını hələlik müəyyən etmək mümkün deyil. Alimlər bu qayaya "səthdə sürüklənmiş qaya" kimi baxır və onun orijinal yerindən uzaqlaşmış ola biləcəyini ehtimal edirlər. Qayanın haradan gəldiyini bilməmək, onun yaranma prosesi ilə bağlı vacib məlumatların itkin olmasına səbəb olur. Mars orbitindən aparılan müşahidələr, yaxın ərazidə tünd rəngli bir qaya qatının mövcudluğunu ortaya qoyub. Alimlər, St. Pauls Bay qayasının bu qaya qatından qopduğunu düşünürlər. Perseverance ekipajının bu bölgəyə yaxınlaşıb daha ətraflı tədqiqat aparması gözlənilir.

 

TRT Haber
Billurə Quliyeva