İsrailin başladığı hücumlarda ölənlərin sayı 1000-i keçib

Bölmə: Dünya › ,
Tarix: 21:43 31.03.2025

Soyqırımı törədən İsrail ordusunun 18 martda atəşkəsi pozaraq Qəzzaya yenidən başladığı hücumlarda həlak olanların sayı 1000-i ötüb.

 

Qəzza Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində baş verən insan tələfatı və yaralılarla bağlı son məlumatlar paylaşılıb.

 

İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 1001 fələstinlinin həlak olduğu, 2359 fələstinlinin isə yaralandığı bildirilib.

 

Son 48 saatda xəstəxanalara 80 meyit və 305 yaralı gətirildiyi qeyd olunub.

 

Ramazan bayramının ilk günündə İsrailin həyata keçirdiyi hücumlardan 53 fələstinlinin həlak olduğu, 189 nəfərin isə yaralandığı açıqlanıb.

 

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzə zolağına həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 50357-yə, yaralıların sayı isə 114 min 400-ə yüksəlib.

 

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.

 

Mənbə :TRT Haber

Nigar Həsənzadə