Nazir Tunçun İsrailin xarici işlər naziri Saara sərt cavabı

Bölmə: Dünya › ,
Tarix: 22:01 31.03.2025

Ədliyyə naziri Yılmaz Tunc İsrailin xarici işlər naziri Gideon Saarın prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarının “qəbuledilməz” olduğunu bildirib.

 

Tunç sosial media hesabından bu barədə açıqlama verib:

 

"İsrail xarici işlər nazirinin prezidentimiz Rəcəb Tayyib Ərdoğana ünvanladığı açıqlamalar tamamilə ədəbsizlikdir və heç vaxt qəbul oluna bilməz. Prezidentimiz hər zaman məzlumların yanında olan və "daha ədalətli bir dünya mümkündür" deyərək beynəlxalq aləmdə ədalətin ən yüksək səsi olan bir liderdir. Qəzza və beynəlxalq məhkəmələrin qabaqlayıcı tədbirlərinə tabedir və bu insanlığa qarşı cinayətləri ört-basdır etmək üçün körpələri öldürən barbarlar axırda beynəlxalq hüquq qarşısında tökülən hər damla qanın hesabını verəcəklər".

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə