Çindən Rusiyaya kritik səfər

Bölmə: Dünya › ,
Tarix: 10:06 01.04.2025

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazir Vanq həmkarı Sergey Lavrovun dəvəti ilə martın 31-dən aprelin 2-dək Rusiyada rəsmi səfərdədir .

 

Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar apardığı bir vaxtda ABŞ və Rusiya arasında dəyişən münasibətlərin Çinin qlobal güc balansında mühüm roluna necə təsir edəcəyi maraq doğurur. Ukrayna məsələsində Rusiyaya qarşı yaxın mövqe tutan Çin, ABŞ və Rusiya arasında müharibəyə son qoymaq üçün aparılan danışıqları dəstəklədiyini bəyan edib.

Pekin administrasiyası da ABŞ-lə rəqabətdə balans yaratmaq üçün Rusiya ilə yaxınlaşma siyasətini davam etdirmək istəyir.


Mənbə: CNN TÜRK
Zəhra Möhübbətova