İsrail və Türkiyə Xarici İşlər Nazirlikləri qarşı-qarşıya…

Bölmə: Siyasət › ,
Tarix: 13:39 01.04.2025

İsrail və Türkiyə xarici işlər nazirlikləri 29 mart şənbə günü başladıqları sosial media mübahisələrini dünən də davam etdiriblər.

 

İsrail prezident Rəcəb Tayyib Ərdoğanı “anti-semit diktator” adlandırsa da, Türkiyə İsrailin baş naziri Binyamin Netanyahunun cinayət törətdiyini və İsrailin “soyqırım” etdiyini iddia edib.

 

Nazirliklərin X hesabları ilə bağlı davam edən qarşıdurma Türkiyənin martın 29-da etdiyi paylaşımla başlayıb.


İsrailin Livana hava hücumlarını pisləyən Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, bu hücumlar İsrailin beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirir və regionun təhlükəsizliyi və sabitliyinə təhdid yaratmaqda davam edir. Nazirlik, "Beynəlxalq ictimaiyyət İsrailin bölgədə daimi münaqişə mühiti yaratmaq səylərinə qarşı birlik içində hərəkət etməlidir" deyib.

 

İsrail Xarici İşlər Nazirliyi həmin gün X hesabından bu postu sitat gətirərək, "Ərdoğan öz vətəndaşlarını zorakılıqla sıxışdırarkən və siyasi rəqiblərini kütləvi şəkildə həbs edərkən, o, beynəlxalq ictimaiyyətə də təkəbbürlə dəyərləri təbliğ edir" deyib. Əlavə edib:

 

“Ərdoğanın Türkiyəsində ədalət, qanun, azadlıq yoxdur”.


BBC NEWS
Səftərova Səmayə