İordaniya Azərbaycan-Ermənistanın sülh prosesini niyə alqışlayır?

Tarix: 16:52 01.04.2025
İordaniya, Azərbaycan və Ermənistan arasında çoxillik münaqişəyə son qoyacaq sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb. Krallığın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sufian Qudah bildirib ki, İordaniya mübahisələrin dinc vasitələrlə həllinə və regional, beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev "informator.az"a açıqlamasında bildirib ki, İordaniya ortanaqlı Ərəb dövlətidir. Azərbaycanla münasibətlərində də xüsusilə nə müsbət, nə də mənfi anlamda fərqlənmir:
"İslam ölkələri çərcivəsində digər regional və beynalxalq platformalarda Azərbaycanla münasibətləri daha müsbət dəyərləndirilən islam ölkələrindən biridir. Bu ölkənin bu prosesə münasibət bildirməsi prosesə müsbət impuls gətirə bilməyəcəkdir. Dövlət olaraq İordaniyanın xoş məramlı jesti kimi qiymətləndirilə bilər. Amma İordaniyanın bu diplomatik açıqlaması, diplomatikcə səyi tərəfləri nə sülh prosesinə təşviq edəcək, nə də ki sülh prosesindən çəkindirməyəcəkdir".
O, həmçinin açıqlamasında bildirib ki, sülh sazişinin imzalanmasının şübhəsiz ki, çox ciddi nəticələri olacaqdır:
"Belə ki, ən azından sülh sazişinin ardınca Zəngəzuru dəhlizinin açılması Çindən başlayıb, İngiltərəyə qədər uzanan bir kəmər bir yol projesinin tərkib hissəsi kimi regionun əhəmiyyətini artıracaqdır. Ermənistan üzərindən Azərbaycana-Türkiyəyə qarşı yüz illərdir düşmənçilik siyasəti yürüdən mərkəzlərin fəaliyyəti bloklanmış olacaqdır. Həmçinin Qərbi Azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qaydışı ilə Ermənistanın regional inteqrasiyası gerçəkləşcək və iqtisadi əməkdaşlıq formalaşacaq eləcə də regionun təhlükəsizliyi üçün yeni zəmanət yaradılacaqdır".
Ayşən Səlimova