Azərbaycanla Almaniya Arasında "Qarabağ" Gərginliyi

Bölmə: Siyasət › ,
Tarix: 21:20 01.04.2025

 

Bakı səfiri nazirliyə çağırılıb Azərbaycan Almaniyanın Bakıdakı səfiri Ralf Horlemanı Almaniya prezidenti Frank Valter Ştaynmayerin Ermənistana səfəri öncəsi İnstaqram hesabında yazdığı paylaşımda əvvəllər Qarabağı işğal etmiş qondarma Ermənistan administrasiyasının “bayrağından” istifadə etdiyi üçün Xarici İşlər Nazirliyinə çağırıb.

 

Mövzuyla əlaqədar politoloq Əli Zülfüqaroğlu “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın sülh danışıqları prosesi ilə bağlı atdığı addımlar aydındır:

 

“Ermənistana verilən təkliflər ədalətli və hüquq normaları prinsipinə tamamilə uyğundur. Ermənistan sülh prosesi ilə bağlı Azərbaycanın təkliflərinə hələ ki, adekvat reaksiya verməyib və bu da ona əsasdır ki, Ermənistan uzaq prespektivə hesablanan revanşizm hədəflərinə nail olmaq üçün manipuliyasiya etməyə davam edir. İndiədək Azərbaycana qarşı Fransa, Almanya və digər ölkələr eyni zamanda Bayden admistrasiyası ciddi təzyiqlər ediblər. Amma Azərbaycan öz haqlı mövqeyindən bir addım belə geri çəkilməyib. İstər Almanya prezidentinin təxribat xarakterli addımı, istərsə də Ermənistanın manipuliyasiya xarakterli siyasi xətt yürütməsi və digər istiqamətlərdə Azərbaycana qarşı edilən təzyiqlərin heç bir nəticəsi olmayacaq”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanın irəli sürdüyü şərtlər hazırkı məqamda dövlətçiliyinin xilas edilməsi üçün də əhəmiyyətli addımlardır:

 

"Geosiyasi proseslər tamamilə Azərbaycanın lehinə bəyan edir. Bu da o deməkdir ki, Ermənistan prosesi uzatmaqla və yeni himayədarlar axtarmaqla yalnız öz dövlətçiliyini, mövcudluğunu sual altına salacaq. Bu hadisədə də yenidən itirən tərəf Ermənistan olacaq”.

 

Asiman Vəliyeva