Ordumuzun mövqeləri fasilələrlə atəşə tutulub

Bölmə: Siyasət › ,
Tarix: 21:32 01.04.2025

 

Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

 

Mövzuyla əlaqədar politoloq Natiq Miri “informator.az”a açıqlamasında bildirib ki, Beynəlxala təşkilatlar Xristian dünyasının manipuliyasiyası altındadır:

 

"Hazırda Avropa strukturları demək olar ki, Fransanın girovuna çevrilib. Beynəlxalq qrumlardan nəsə gözləmək əbəsdir. Çünki 30 il ərzində Azərbaycanın işğalına göz yumub və ədalətlilik prinsipi yürütdüklərini deməklərinə baxmayaraq bundan artığını beynəlxalq qrumlardan gözləməyə dəyməz. Azərbaycan - Ermənistan arasındakı atəşkəs və digər kiçik təxribatlar sülh prosesi imzalananadək davam edəcək. 

Çünki bir tərəfdən atəşkəs pozulduğu halda, digər tərəfdən Ermənistan bu atəşkəsin pozulma səbəbləri ilə bağlı Azərbaycanla birgə mexanizmlər yaradılmasını təklif edir. Bu Azərbaycanı dəqiq mexanizmlərə bağlamaq cəhtidir. Ermənistan ordusunda indiki vəziyyətdədə düzgün əsgər yoxdur. Hələdə Ermənistan ordusunda 45-50-55 yaşlı insan orduda fəaliyyət göstərir. Belə olduğu təqdirdə Ermənistan ordusunda hansısa nizam-intizamdan danışmaq mümkün deyil”.

 

Asiman Vəliyeva