İrana misli görünməmiş hücum başlayacaq

Bölmə: Siyasət › ,
Tarix: 23:30 03.04.2025

 

İsrailin “Kanal 14” televiziyasının yaydığı məlumatda deyilir:

“Tezliklə İrana qarşı İkinci Dünya müharibəsindən bəri misli görünməyən genişmiqyaslı hücum başlayacaq”.

 

Mövzu ilə əlaqədar siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, əgər İrana həqiqətən də İsrail mediasının iddia etdiyi kimi misli görünməyən hücum edilərsə, ən əsası bu hücumdan sonra dövlətlər arasında genişmiqyaslı müharibə başlayarsa, o halda İranın ətrafındakı bütün ölkələrdə bu müharibənin ciddi təsirlərini görəcəyik:

 

“Digər ölkələr hərbi baxımdan bu müharibəyə cəlb olunmasalar da, zərər çəkməsələr də, yenə də siyasi, iqtisadi, diplomatik sahələrdə bütün regional ölkələr müəyyən dərəcədə təsirlənəcəklər. İstənilən halda İran böyük dövlətdir və maddi-texniki imkanlarıda ABŞ-dən dəfələrlə geri olmasına baxmayaraq ümumi göstəriciləri kifayət qədər yüksəkdir. İran ABŞ-nin müdaxiləsi olarsa, buna cavab vermək imkanlarına sahibdirmi? 

Xeyr, amma yekunda hər iki tərəf bir-birinə ciddi zərbə verəcək gücə malikdirlər. Bu regional hadisə digər dövlətlərin də xarici siyasətinə təsir edəcək”.

 

Siyasi şərhçi hadisənin beynəlxalq tərəfinə baxdıqda əsasən ABŞ-nin mövzuya yanaşma tərzini bildirib: 

 

“Donald Trampın ikinci dəfə hakimiyyətə gələndən sonra yerlə yeksan etdiyi hüquq anlayışı, suverenlik anlayışından sonra beynəlxalq olan heç nədən danışa bilmərik. Nə beynəlxalq hüquqdan, nə beynəlxalq sistemdən, ümumiyyətlə beynəlxalq arenadan heç danışa bilmərik”.

 

Asiman Vəliyeva