Panama ABŞ-nin yeni tarifərindən azad olmaq üzrə işlər aparır

Bölmə: Dünya › ,
Tarix: 13:11 05.04.2025

Panama hökuməti ABŞ-nin tətbiq etdiyi yeni 10%-lik tarifin 2007-ci ildə imzalanmış ikitərəfli ticarət sazişinə uyğunluğunu araşdırır və bu tarifin ölkəyə şamil olunmaması üçün çalışır.

 

Bu barədə Prensa qəzeti məlumat yayıb:

 

"Bu qərarın miqyası və onun təsirini azaltmaq yolları təhlil olunur, o cümlədən Panamanın istisna olunması üçün səylər göstərilir", – Panama Ticarət və Sənaye Nazirliyinin bəyanatında bildirilib. Sənəddə vurğulanır ki, nazirliyin fikrincə, ABŞ-nin qəbul etdiyi ticarət siyasəti tədbirləri ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı) razılaşmaları və 2007-ci ildə imzalanmış Panama ilə ABŞ arasındakı Ticarətin Təşviqi Sazişi (TPC) ilə uyğun olmalıdır. Qeyd edilib ki, ABŞ Panamanın əsas ixrac tərəfdaşıdır – ölkə ABŞ-yə təqribən 180 milyon dollar dəyərində məhsul ixrac edir ki, bu da ümumi ixracın 19%-ni təşkil edir. Hazırda ən çox ixrac edilən məhsullar – xam şəkər, banan, dəniz məhsulları və mis tullantıları – TPC çərçivəsində ABŞ bazarına rüsum alınmadan daxil olur. Buna görə də Panama hökuməti bu malların yeni tariflərdən təsirlənəcəyini gözləyir.

 

Caliber
Billurə Quliyeva