İstanbulda polis ilə toqquşan iki şübhəli vurularaq tutuldu

Bölmə: Hadisə › ,
Tarix: 22:34 07.04.2025

İstanbul Bakırköydə 2 motosikletli şübhəli polis əməkdaşları ilə girdikləri silahlı toqquşmada vurularaq tutuldu.
İstanbul Bakırköydə Sakızağacı məhəlləsi İskele küçəsində silah səslərinin eşidildiyi barədə verilən məlumat əsasında polis əməkdaşları, İstanbul küçəsində nömrəsiz motosikletlə iki nəfərin qaçdığını müşahidə etdi.

 

Polisin “dayan” xəbərdarlığına silahla cavab verən 2 şübhəli, Fatih Kennedy küçəsindən Avrasya Tuneli istiqamətinə qaçmağa başladı.

Təqib zamanı polisin üzərinə silahla atəş açmağa davam edən şübhəlilər dayandırılmağa çalışıldıqda Fatih rayonunun Balıq Barınağına yaxın bir yerdə qəza törədiblər.

Bu zaman yenidən polis ilə toqquşan şübhəlilər vurularaq tutulub.

Mehmet Furkan və Z. Serkan adları verilən şübhəlilər, təcili yardım ilə xəstəxanaya aparılıblar.

 

 

Mənbə :TRT Haber
Nigar Həsənzadə