BMT Təhlükəsizlik Şurasının iclası

Bölmə: Siyasət › ,
Tarix: 21:23 08.04.2025

Bu gün BMT Təhlükəsizlik Şurası Qərb ölkələrinin tələbi ilə Ukrayna ilə bağlı iclas keçirir. İclasdan gözləntilər nədir?

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa "informator.az"a açıqlamasında bildirib ki, Ukraynada son vaxtlar dağıntılar baş verir:

 

"Rusiyanın olduqca çoxlu sayda dronlarından, qanadlı və ballistik raketlərindən hücumlar olunması ilə bağlı məlumatlar yayıldı. Bütün bunlar Rusiyaya qarşı bir hiddət doğurdu. Digər bir məlumata, əsasən, Ukrayna Silahlı Birliklərinin komandirlərinin və Qərb təlimatçılarının toplantısı olub, həmin bu toplantıya da hücum həyata keçirilib. Hər halda iclasda Rusiyanın Ukraynaya təcavüzü qınanılacaq, bu işğalın dayandırılması tələb olunacaq. Düzdür, bu gün Rusiyanın etdiyi əməllər BMT müstəvisində ciddi bir qarşılanmır, çünki Rusiyanın özü də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onu bir çox hallarda Çinin vetosu hansısa bir qərar qəbul etməyinin qarşısını alır, amma bütün hallarda Rusiya qınanılacaq və Ukraynaya dəstək şüarları səslənəcək".

 

Billurə Quliyeva