Alman həkim 15 xəstənin qətlində ittiham olunur

Bölmə: Siyasət › ,
Tarix: 22:46 16.04.2025

Alman palliativ yardım həkimi ölümcül dərman kokteyli istifadə edərək 15 xəstəsini öldürməkdə ittiham olunur. Berlin prokurorları 40 yaşlı adamı izlərini gizlətmək üçün şübhəli qurbanlarından bəzilərinin evlərini yandırmaqda ittiham edib. Onun 3 ildə 12 qadın və üç kişini öldürdüyü iddia edilsə də, prokurorlar ümumi sayının arta biləcəyinə inanırlar. Almaniyada ciddi məxfilik qanunlarına görə adı açıqlanmayan həkim ittihamları qəbul etməyib. O, xəstələrinin xəbəri və razılığı olmadan onlara anestezik və əzələ gevşetici dərman verməkdə ittiham olunur. Prokurorluğun bəyanatında deyilir ki, gevşetici "tənəffüs əzələlərini iflic edib, tənəffüs tutulmasına və bir neçə dəqiqə ərzində ölümə səbəb olub". O, Almaniyanın bir neçə əyalətində işləyib və ölümləri şübhəli sayılanların yaşı 25-dən 94-ə qədərdir. Həmçinin iddia edilir ki, şübhəli 5 dəfə qətli ört-basdır etmək üçün qurbanları olduğu iddia edilən şəxslərin mənzillərini yandırıb. Şübhəli şəxs bir gündə iki xəstəni - Berlinin mərkəzindəki evində 75 yaşlı kişini və bir neçə saat sonra qonşu rayonda 76 yaşlı qadını öldürməkdə ittiham olunur.

 

Həkimin qadının evini yandırmağa çalışdığını, lakin buna nail ola bilmədiklərini deyən prokurorlar: “Bunu görəndə qadının qohumuna məlumat verərək, onun mənzilinin qarşısında dayandığını və onun zənginə heç kimin cavab vermədiyini bildirib”. Həkim həbs edilərkən himayəsində olan dörd nəfəri öldürməkdə şübhəli bilinib, lakin araşdırmalar potensial qurbanlar üçün daha çox eksqumasiya planlaşdırılmaqla digər şübhəli ölümləri də üzə çıxarıb. 40 yaşlı şübhəli üçün "ömürlük peşə qadağası" və "profilaktik həbs" tələb olunur. O, həbsdə qalır.

 

BBC NEWS
Səftərova Səmayə