Hakan Fidan İsrailə xəbərdarlıq etdi

Tarix: 21:37 08.04.2025
“İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır. Seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək.
Seçdiyi strategiya — xüsusən də işğal — ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”, – Hakan Fidan İranın UTV telekanalına müsahibəsində deyib.
Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Orta Şərqdə həyata keçirmək istədiyi planları Türkiyənin əli ilə etməyə çalışır:
“Tramp-Netanyahu görüşündə Trampın Ərdoğanı tərifləməsi Türkiyənin uğuru deyil, mənfi haldır. Siyasətdə düşmən səni tərifləməz. Tərifləyirsə, deməli, nəsə planı var. Əsas hədəf “Böyük İsrail” dövlətinin qurulmasıdır. Bu yolda hər addım mübah olacaq: Suriyadakı əməliyyatlar, İrana qarşı təhdidlər, Orta Şərqdə çevrilişlər, konfliktlər və s.”
Çimnaz Telmanqızı