Azərbaycanın Avropaya qaz ixracatının artırılması Aİ ilə əlaqələrinə necə təsir göstərəcək?-Ekspert AÇIQLAYIR…

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:51 09.04.2025

 

Azərbaycan, son illərdə Avropa bazarlarına qaz təchizatını artırmaq üçün bir sıra mühüm addımlar atmışdır. Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın qaz təchizatını artırması, həmçinin Avropa bazarlarına olan iqtisadi təsirlərini də genişləndirir. Azərbaycanın qaz sahəsindəki inkişafları, yalnız enerji təhlükəsizliyini artırmaqla kifayətlənmir, həm də iqtisadiyyatın diversifikasiyasına və yeni infrastruktur layihələrinin inkişafına şərait yaradır.



Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın qaz ixracını artırması imkanları məhddudur:

 

“Bu, elə Avropanın özündən asılıdır ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün vəsait ayırsınlar. İnvestisiya qoysunlar. O baxımdan qaz tədarükündə nə mümkündürsə, Azərbaycan edir. Onun artırılması Azərbaycandan asılı məsələ deyil. Avropa qaz boru xəttini genişləndirsin. Nəticədə Azərbaycan ora daha çox qaz verə biləcək. Çünki hazırkı boru kəmərlərinin tutumu tam olaraq istifadə olunur. İndiki şərtlər çərçivəsində nə mümkündürsə, Azərbaycan edib. Qaz təchizatının artırılması siyasi, iqtisadi qərar deyil. Əsas şərt boru xəttinin genişləndirilməsi, texniki imkanların olmasıdır. Nəticədə daha çox qaz göndərilə bilsin. Bu da birbaşa olaraq Avropanın özündən asılıdır. Azərbaycan prosesdə iştirak eləməyə, investisiya qoymağa hazırdır. Amma alıcı Avropa olacağına görə, burada Avropanın rolu daha vacibdir”.

 

 

Əminə Əliyeva