Atəşkəsi pozan İsrail ordusu Qəzzaya şiddətli hücumlara yenidən başlayıb

Tarix: 21:44 09.04.2025
İsrail ordusu, Qəzza zolağında 19 yanvar tarixində qüvvəyə minmiş atəşkəsdən sonra 18 mart səhəri ağır hücumlara yenidən başlayıb.
İsrailin hücumları yenidən başladığı andan etibarən əksəriyyəti yaşlılar, qadınlar və uşaqlar olmaqla 1449 fələstinli həyatını itirib, 3647 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına davam edən hücumlarında həlak olan fələstinlilərin ümumi sayı 50 min 810 nəfərə, yaralıların sayı isə 115 min 688 nəfərə çatıb.
TRT XƏBƏR
Günel Verdiyeva