Amerikalılar Trampın tariflərinə görə ərzaq ehtiyyatı yığırlar

Bölmə: Dünya › ,
Tarix: 22:22 09.04.2025

ABŞ Prezidenti Donald Trampın idxal mallarına rüsum tətbiq etməsi səbəbindən ABŞ vətəndaşları ərzaq ehtiyatı saxlayırlar. Bu barədə 9 aprel tarixində "İndependent" qəzeti məlumat yayıb.

 

Məqalədə qeyd edilir ki, Tramp tariflərinin qüvvəyə minməsi ilə amerikalılar zəruri malları ehtiyatda saxlayırlar. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, lobya, konserv və un kimi məhsulları ikiqat porsiya ilə alır. O, “ən pisinə hazırlaşdığı” üçün uzun rəf ömrü olan məhsulları seçir. Bundan əlavə, bir çox amerikalılar Trampın hərəkətlərinin ölkədə ərzaq qiymətlərinin kəskin artmasına səbəb olacağına inanırlar.

 

Mənbə: Caliber
Aytən Ağazadə