BMT: Bir aydan çoxdur yardımların çatmadığı Qəzzada təhlükəsiz yer yoxdur

Bölmə: Dünya › ,
Tarix: 22:24 09.04.2025

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Poup bildirib ki, Qəzzaya artıq bir aydan çoxdur ki, humanitar yardımlar daxil ola bilmir və bölgədə təhlükəsiz heç bir yer qalmayıb.

 

Poup, İsrailin hücumları və blokadası altındakı Qəzzada baş verənlərlə bağlı sosial şəbəkə platforması “X” üzərindən paylaşım edib.

 

O, Qəzzaya bir aydan artıqdır ki, humanitar yardımların daxil ola bilmədiyini xatırladaraq bildirib: “Yüz minlərlə insan yenidən yerindən didərgin düşüb. Qəzzada heç bir yer təhlükəsiz deyil”.

 

Poup əlavə edib ki, Qəzzadakı insan həyatını xilas etmək üçün təcili tədbirlər görülməlidir: “Atəşkəsi bərpa edin. Yardımların daxil olmasına imkan yaradın. Mülki şəxsləri qoruyun”.

 

 

TRT Xəbər

Günel Verdiyeva