Almaniyada koalisiyanı quran Friedrich Merzdən ilk mesaj: ''Avropa bizə etibar edə bilər''

Tarix: 18:53 10.04.2025
Almaniyada Xristian Demokratlar Partiyasının lideri Friedrich Merz və Sosial Demokratlar arasında koalisiya danışıqlarında əldə olunan razılaşma ilə yeni dövr başlayır. Merz razılaşmadan sonra verdiyi ilk açıqlamada Ağ Evə mesaj göndərib. 69 yaşlı siyasətçi, ingilis dilində "Donald Trampa veriləcək əsas mesaj Almaniyanın yenidən işə qayıtmasıdır" deyib. Merz bildirib ki, koalisiya yaratmaqla həm öz vətəndaşlarına, həm də digər Avropa ölkələrinə “güclü və aydın siqnal” verirlər.
Baş nazirliyi Olaf Şolzdan təhvil alacaq Merz , "Almaniya hərəkətə keçə biləcək güclü bir hökumət əldə edir" deyib. Merz və onun koalisiya tərəfdaşları seçkilər bitdikdən bəri siyasi qeyri-müəyyənliyə son qoymaq üçün təzyiq altında idilər.
"Avropa Almaniyaya etibar edə bilər" deyən Merz ölkəni yenidən ön plana çıxaracağına söz verib.Friedrich Merz rəsmi olaraq, baş nazir seçilmək üçün mayın 5-də keçiriləcək parlament səsverməsini gözləyəcək.
BBC NEWS
Səftərova Səmayə