İsrailin Qəzzaya qarşı soyqırım hücumlarında 5 fələstinli həlak olub

Tarix: 08:08 11.04.2025
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 5 fələstinli həyatını itirib.
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimalında əl-Bənna ailəsinə məxsus evi hədəfə almaları nəticəsində bir uşaq ölüb, bir neçə nəfər yaralanıb. İsrailin Deyr əl-Bəlahın şərqindəki Əbul Ajin bölgəsində mülki əhalinin toplaşdığı bölgəyə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda 2 fələstinli şəhid olub. Qəzza zolağının cənubundakı Xandelfin İsrail hava qüvvələrinin şəhərdəki bir evi hədəfə aldığı hava hücumunda biri uşaq olmaqla iki fələstinli həyatını itirib.
Mənbə: TRT HABER
Zəhra Möhübbətova