Rusiyadan ABŞ və Çin arasındakı ticarət müharibəsinə münasibət

Bölmə: Dünya › ,
Tarix: 10:16 11.04.2025

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ ilə Çin arasındakı "gömrük rüsumları" müharibəsinin dünya iqtisadiyyatına təsir edəcəyini bildirərək, "Vəziyyəti diqqətlə izləyirik", -deyə qeyd edib.

 

Peskov ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbulda ikinci görüşlərinin davam etdiyini bildirib və əlavə edib:
"Rusiya ilə ABŞ dövlət katibliyi arasında aparılan danışıqlar ikitərəfli münasibətlərin yaxşılaşdırılması və münasibətlərdəki problemlərin həllinə yönəlib. Ukrayna məsələsi bu danışıqlarda müzakirə olunmur”.

Qərbdə dondurulan Rusiya aktivlərinin aqibəti ilə bağlı sualı cavablandıran Peskov Avropa İttifaqının bu məsələdəki mövqeyinin dəyişmədiyinə diqqət çəkib:
"Bəzi ölkələrin bu yanaşmanı dəstəkləmədiyini bilirik, çünki bunun hüquqi baxımdan nəticələrinin olacağını anlayırlar. Həqiqətən də, bu məsələnin nəticələri olacaq. Rusiya öz aktivlərindən heç vaxt imtina etməyəcək”.

Peskov ABŞ ilə Çin arasında davam edən “gömrük rüsumları” müharibəsinə toxunaraq qeyd edib:
“Vəziyyəti diqqətlə izləyirik. Bütün bunların dünya ticarəti və iqtisadiyyatı üzərində nəticələri olacaq”.

 


Mənbə: Haber Global
Nuray Əliyeva