Sosial şəbəkələr xəbər mənbəyi kimi etibar edilirmi?

Bölmə: Sosial › ,
Tarix: 10:46 11.04.2025

Son illər sosial şəbəkələr yalnız ünsiyyət və əyləncə vasitəsi deyil, həm də milyonlarla insan üçün əsas xəbər mənbəyinə çevrilib. Xüsusilə gənclər arasında ənənəvi media izləyicisi olmaq əvəzinə, gündəlik xəbərləri Instagram, TikTok və Twitter (X) kimi platformalardan almaq daha populyardır. Bəs bu yeni xəbəralma forması nə dərəcədə etibarlıdır?

Gənclər xəbərləri hardan izləyir?
Aparılan sorğular göstərir ki, 18-25 yaş arası gənclərin böyük əksəriyyəti xəbərləri ilk olaraq sosial şəbəkələrdən alır. 21 yaşlı tələbə Sevinc deyir: "Xəbərləri həmişə İnstagramdan oxuyuram"

“Fake news” təhlükəsi və informasiyanın sürətli yayılması
Sosial şəbəkələrin əsas problemi təsdiqlənməmiş məlumatların çox sürətli yayılmasıdır. Bu isə ictimai panika, çaşqınlıq və manipulyasiya riski yaradır. Mütəxəssislər xəbər mənbələrinin yoxlanılması və media savadlılığının artırılmasını vacib hesab edirlər.

Jurnalistikanın gələcəyini sosial mediada necə dəyişəcək?
Bəzi müasir jurnalistlər sosial şəbəkələri fürsət kimi dəyərləndirir. Onlara görə, sosial media platformaları vasitəsilə geniş auditoriyaya çatmaq mümkündür, lakin əsas məsələ – informasiya məsuliyyəti və peşəkarlıqdır.
Sosial şəbəkələr xəbər istehlakında əsas rol oynamağa davam edir. Bu, jurnalistikanın gələcəyini dəyişə bilər – lakin yalnız o halda ki, istifadəçilər və jurnalistlər etibarlı mənbələrə üstünlük versin və “fake news” təhlükəsinə qarşı ayıq qalsınlar. Axı xəbər yalnız sürətli deyil, doğru olanda dəyərli olur.

Maya Həsənova