İsrail Qəzza şəhərində fəaliyyət göstərən sonuncu xəstəxananı vurub

Tarix: 15:46 13.04.2025
Qəzzada tam fəaliyyət göstərən sonuncu xəstəxana olan Əl-Əhli Baptist Xəstəxanasının bir hissəsi İsrailin hava hücumu nəticəsində dağıdılıb. Şahidlərin dediyinə görə, xəstəxananın reanimasiya və cərrahiyyə şöbələrini dağılıb. Xəstəxana çarpayılarında yatan bəzi xəstələr də daxil olmaqla insanların hadisə yerindən sürətlə qaçdığı görülüb. İsrail Müdafiə Qüvvələri (IDF) xəstəxananı "Həmas tərəfindən istifadə edilən komanda və idarəetmə mərkəzi" ehtiva etdiyi üçün hədəf aldığını bildirib.
Qəzzanın fövqəladə hallar xidmətinin məlumatına görə, itkilər barədə məlumat verilməyib. Qəzzanın HƏMAS-a bağlı Səhiyyə Nazirliyi binanın “tamamilə dağıdıldığını” və bunun “xəstələrin və xəstəxana işçilərinin məcburi köçürülməsinə” səbəb olduğunu bildirib. İsrail Müdafiə Qüvvələri “terrorçu infrastrukturun yerləşdiyi ərazilərdə qabaqcadan xəbərdarlıq, dəqiq döyüş sursatlarından istifadə və havadan müşahidə də daxil olmaqla, mülki şəxslərə və ya xəstəxana binasına dəyən hər hansı zərəri azaltmaq üçün” addımlar atdığını bildirib.
BBC News
Asiman Vəliyeva