Ötən həftə azad edilən torpaqlarda 1 200 hektardan çox ərazi minalardan təmizlənib

Bölmə: Siyasət › ,
Tarix: 14:45 14.04.2025

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

 

ANAMA-dan "İnformator.az"a verilən məlumata görə, azad olunan ərazilərdə 7-13 aprel tarixləri ərzində 12 tank əleyhinə mina, 86 piyada əleyhinə mina, 224 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 1 245,5 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.