Etirazlara baxmayaraq baş nazir seçildi

Bölmə: Dünya › ,
Tarix: 21:15 16.04.2025

Serbiya parlamenti etirazlara baxmayaraq professor Djuro Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serb Tərəqqi Partiyasının (SPP) dəstəyi ilə qəbul edilib.

Müxalifətdən olan deputatlar bu təyinatı tənqid edərək prosedurda şəffaflığın olmadığını bildiriblər.

Qeyd edək ki, Vuçiç aprelin 7-də ölkənin baş naziri vəzifəsinə Djuro Matsutanın namizədliyini irəli sürüb.

Matsuta əvvəllər təhsil naziri vəzifəsində çalışıb.