Kreml: Moskvada Əraqçinin Putinlə görüşü istisna edilmir

Tarix: 15:44 14.04.2025
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Moskvaya səfər edəcək.
“İnformator.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin onu qəbul edəcəyi təqdirdə məlumat veriləcək:
"Belə bir görüş baş tutacağı təqdirdə sizə məlumat verəcəyik. Lakin Abbas Əraqçi, doğrudan da, Moskvada olacaq", - o, jurnalistlərə deyib.