Paşinyanın parlamentdəki emossional çıxışı gündəm oldu

Tarix: 15:21 15.04.2025
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı sözün əsl mənasında əsəbdən silkələnməyə başlayıb.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, müvafiq video tez bir zamanda müxtəlif "Telegram" kanallarında və sosial şəbəkələrdə yayılıb.
Baş nazir müxalifətin hökumətin büdcə siyasətini tənqid etməsinə reaksiya verərkən emosiyalarını saxlaya bilməyib.