Harvard, Trampa meydan oxudu-“Universitet müstəqilliyini təslim etməyəcək”

Bölmə: Dünya › ,
Tarix: 16:21 15.04.2025

ABŞ-də Donald Tramp rəhbərliyi dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard ilə qarşı-qarşıya gəlib.

Universitet, Ağ Evin universitet rəhbərliyi ilə bağlı dəyişiklik tələblərini müstəqillik vurğusu ilə rədd edib.

 

Harvard Universitetinin prezidenti Alan Garber bildirib: “Hakimiyyətdə hansı partiya olursa olsun, hökumət özəl universitetlərə nəyi öyrədəcəklərini, kimi tələbə kimi qəbul edəcəklərini, hansı sahələrdə işləyəcəklərini və ya tədqiqat aparacaqlarını diktə etməməlidir". Bundan sonra Tramp rəhbərliyi universitetdəki elmi araşdırmaları dəstəkləyən 2 milyard dollardan çox federal vəsaiti dondurduğunu açıqlayıb.
Ağ Evin tələb etdiyi genişmiqyaslı dəyişikliklərin universitetin fəaliyyətini kökündən dəyişəcəyi və nəzarəti böyük ölçüdə hökumətə verəcəyi şərhləri səsləndirilib. Harvard Universitetinin ianələr və investisiyalardan ibarət olan ümumi varidatı 53.2 milyard dollardır. Tramp, 2024-cü ildə Amerika universitetlərində baş qaldıran Qəzza etirazları ilə yanaşı anti-semitizm dalğasının yayıldığını və bu şəraitdə yəhudi tələbələrin kifayət qədər qorunmadığını iddia edir. Ağ Ev bu çərçivədə Harvard Universitetinə kampusda anti-semitizmə qarşı mübarizə məqsədi daşıyan bir sıra tələblər göndərib.
Bu tələblər universitet rəhbərliyi, işə qəbul siyasətləri və qəbul prosedurlarında dəyişikliklər nəzərdə tuturdu. Harvard isə Ağ Evin universiteti “nəzarət altına almağa” çalışdığını bildirərək bu tələbləri rədd edib. Harvard Universitetinin prezidenti Alan Garber 14 aprel Bazar ertəsi günü universitet icmasına göndərdiyi məktubda belə deyib:
“Universitet müstəqilliyini təslim etməyəcək və ya konstitusion hüquqlarından imtina etməyəcək".

 

Mənbə:BBC
Ətirə İbayeva