"Azərbaycan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirməlidir"

Bölmə: Siyasət › ,
Tarix: 21:03 15.04.2025

Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi strukturlarının Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

 

Bu barədə Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə müdafiə sektorunda əməkdaşlığı daha da gücləndirməli və bu məqsədlə birgə hərbi təlimlərin keçirilməsi davam etdirilməlidir.

 

Akar eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprə verdiyi dəstəyi yüksək qiymətləndirib:

 

“Azərbaycan lideri vurğuladı ki, biz üç xalq, üç dövlətik. Amma biz eyni zamanda bir ordu da olmalıyıq”, – deyə Hulusi Akar bildirib.

 

Mənbə :Caliber

Aytən Ağazadə