Xin Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab verib

Bölmə: Siyasət › ,
Tarix: 21:04 15.04.2025

 

Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Parisin bu regiondakı diplomatik fəallığı əsasən Ermənistana yönəlib və bu, yeni bir gediş deyil:

 

"Fransada hər zaman Ermənistana daha çox təsir göstərilməsi müşahidə olunub.Amma Makron hakimiyyətə gələnə qədər müəyyən balans yaratmaq səyləri vardı. İndiki administrasiya isə açıq şəkildə Ermənipərəst mövqe tutur. Makron hökuməti erməni seçicilərin səsini qazanmaq, iş adamlarının dəstəyini saxlamaq üçün bu mövqeni daha da sərtləşdirir. İndi Fransa siyasətində erməni lobbisinin açıq təsiri hiss olunur".

 

Ekspertin sözlərinə görə, Fransa Ermənistanı silahlandırmaq və təxribatları təşviq etməklə sülh prosesinə zərbə vurmağa çalışır. 

 

"Fransanın məqsədlərindən biri də, Orta Dəhlizdə pay sahibi olmaqdır. Fransa bu dəhliz üzərindən Avrasiya bazarına çıxmaq, həm də Çinə qarşı siyasətdə mövqeyini möhkəmləndirmək istəyir. Paris Ermənistanı avantüralara sürükləməklə sülh gündəliyini sıradan çıxarmaq istəyir. Lakin bu yanaşmanın nəticəsi olaraq bölgədə ən çox əziyyət çəkən tərəf elə Ermənistan olacaq".

 

Gülhüseynova Güllər