İtaliya Prezidenti Mattarella xəstəxanaya yerləşdirildi

Bölmə: Dünya › ,
Tarix: 11:50 16.04.2025

İtaliya Prezidenti Sercio Mattarellanın planlı tibbi müdaxilə üçün xəstəxanaya yerləşdirildiyi bildirilib. Rəsmi şəxslər müdaxilənin adi, yəni planlı bir prosedur olduğunu və prezidentin səhhətinin yaxşı olduğunu açıqlayıblar.

 


Prezidentin Roma şəhərində yerləşən “Santo Spirito”xəstəxanasının kardiologiya şöbəsində ürək pilinin (ritm tənzimləyici cihaz) qoyulması üçün yatdığı və səhhətinin stabil olduğu qeyd olunub.

Mattarellanın xəstəxanaya yerləşdirilməsi xəbərindən sonra siyasətçilər başda olmaqla bir çox şəxs sosial şəbəkələrdə ona "keçmiş olsun" mesajları paylaşıb.

İtaliya parlamentinin yuxarı palatası olan Senatın sədri İqnazio La Russa, aşağı palata olan Deputatlar Palatasının sədri Lorenza Fontana, sağ koalisiya hökumətindən olan nazirlər və müxalifət partiyalarının liderləri də prezidentə keçmiş olsun diləklərini çatdırıblar.


İtaliyanın Baş naziri Corcia Meloni isə “X” platformasında (keçmiş Twitter) paylaşdığı mesajda, "Prezident Mattarellaya səmimi qəlbdən tezliklə sağalmağı və tam bərpa olunmağı arzulayıram. İtaliya onu, həmişəki gücü və fədakarlığı ilə, ən qısa zamanda yenidən görmək istəyir," – deyə bildirib.

Mattarella 2015-ci ildə İtaliyanın 12-ci Prezidenti seçilib. 7 illik vəzifə müddəti 2022-ci ildə başa çatdıqdan sonra ikinci dəfə prezident seçildi. O, 30 yanvar 2025-ci il etibarilə prezident vəzifəsində 10 ilini tamamlayaraq İtaliya Respublikasının tarixində ən uzun müddət bu vəzifədə qalan prezident olub.

 

 

 


Mənbə: Haber Global
Nuray Əliyeva