İsrail Qəzzada fəaliyyət göstərən yeganə xəstəxananı vurub

Bölmə: Dünya › ,
Tarix: 14:50 16.04.2025

 

Qəzzada tam fəaliyyət göstərən yeganə səhiyyə müəssisəsi olan Əl-Əhli Ərəb Xəstəxanasının bir hissəsi İsrailin hava hücumu nəticəsində dağıdılıb.

 

Şahidlərin bildirdiyinə görə, hücum nəticəsində xəstəxananın reanimasiya və əməliyyat otaqları dağılıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü bildirib ki, İsrailin bombardmanından sonra Qəzzada xəstəxanalar "təsvir edilməyəcək qədər pis vəziyyətdə" olub.

 

BBC-nin suallarını cavablandıran doktor Marqaret Harris xəstəxanaların və səhiyyə işçilərinin "hücum üzərinə hücum" və İsrailin blokadası səbəbindən tibbi ləvazimatların kəskin şəkildə tükəndiyini bildirib.

 

BBC NEWS

Lalə Qurbanlı