Əl-Şaraanı sammitə dəvət etdi

Tarix: 15:08 16.04.2025
İraqın Baş naziri Məhəmməd əs-Sudani Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı Bağdadda keçiriləcək ərəb dövlətlərinin liderlərinin sammitinə dəvət edib.
“İnformator.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əs-Sudani Süleymaniyə şəhərində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, Əl-Şaraaya mayın 17-də keçirilməsi planlaşdırılan sammitdə iştiraka dair rəsmi dəvət göndərib.